Rusiya ulduzu lülə, pomidor və Aygünə olan sevgisindən danışdı - Fotolar

Rusiya ulduzu lülə, pomidor və Aygünə olan sevgisindən danışdı
Oxunma sayı: 7309

Rusiya şou-biznesinin ulduzu, müğənni, aktrisa və teleaparıcı Olqa Buzova “Moskva-Baku” nəşrinə müsahibəsində Azərbaycanın paytaxtına olan sevgisini etiraf edib.

“Qafqazinfo”nun məlumatına görə, O. Buzova Bakını dostu, Xalq artisti Emin Ağalarovun sayəsində tanıdığını deyib:

“Məhz onun dəvəti ilə mən ilk dəfə Azərbaycana “Jara” festivalına gəldim. Bu, gözəl musiqili şoudur, çalışıram ki, hər il onda iştirak edim. 2020-ci ildə dəqiq olacağam. Tezliklə çıxış nömrəmiz haqda fikirləşməyə başlayacağıq - hər şeyi əvvəlcədən etməyi sevirəm. Mən Bakını sevirəm! Qədim şəhəri, sizin məşhur qalanızı sevirəm, hansının ki, yanında kafedə oturub çay içmək və tut mürəbbəsi yemək olar. Sonra isə şəhərdə gəzmək və dostlara hədiyyələr almaq olar”.

Azərbaycan ifaçıları arasında kiminlə duet oxuya biləcəyi haqda düşünən O. Buzova qeyd edib ki, “duet üçün olan mahnıda mən artisti görməliyəm və bundan sonra mən ona bu treki ifa etməyi təklif edərəm”: “Hələlik mənim belə bir mahnım yoxdur. Amma belə, Aygün Kazımova çox xoşuma gəlir. Möhtəşəm, istedadlı və çox gözəl müğənni və xanımdır. Biz onunla tanış deyilik, amma o, mənim çox xoşuma gəlir”.

Yaxın zamanda Olqa Buzovanın növbəti klipinin məhz Azərbaycanın paytaxtında çəkiləcəyi istisna olunmur: “Çox istərdim ki, Bakıda klip çəkdirim! Mənə elə gəlir ki, gözəl ssenarili misilsiz klip alına bilər. Mahnını seçmək qalıb”.  

Müğənni Azərbaycanın milli mətbəxində sevdiyi təamlardan da söz açıb: “Yeməyi də, bişirməyi də sevirəm. Amma sıx iş cədvəlimə görə çoxdandır ki, bunu etmirəm. Yeməyi sevirəm, nə xoş ki, Moskvada Bakı mətbəxi olan çoxlu dadlı restoran var. Sizin lülənizə vurulmuşam, düzdür, ən dadlısını Bakıda “Jara” festivalından sonra Emin Ağalarovun evində yemişəm. Sizin pomidorlar isə sadəcə çox dadlıdır. Mən, yeri gəlmişəm, öz BuzFood restoranlarımda məhz sizin pomidorlardan istifadə edirəm”.

Artist Bakıya solo konsertlə gəlmək istədiyini də qeyd edib.

H.M.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi