Rusiya Ukraynada 27 900 hərbçi itirib

Rusiya Ukraynada 27 900 hərbçi itirib
Oxunma sayı: 820

Ukraynada hazırda davam edən müharibə zamanı 27 900 rusiyalı hərbçi zərərsizləşdirilib.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. 

Məlumata görə, fevralın 24-dən mayın 17-sə qədər Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinə məxsus 1235 tank, 3009 zirehli döyüş maşını, 578 artilleriya sistemi, 198 reaktiv yaylım atəşi sistemi, 90 hava hücumundan müdafiə vasitəsi, 201 təyyarə, 167 helikopter, 436 pilotsuz uçuş aparatı, 97 qanadlı raket, 13 gəmi/qayıq, 2109 avtomobil texnikası və 43 xüsusi texnikanı sıradan çıxarıb.