Rusiya qoşunları Ukraynanın İlan adasını tərk etdi - Foto + Yenilənib

Rusiya qoşunları Ukraynanın İlan adasını tərk etdi
Oxunma sayı: 3103

Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna mediası sosial şəbəkələrdə yayılan foto görüntülərə əsasən bu barədə iddianı irəli sürüb.

Adanın tüstülər içərisində olduğu, Rusiya qoşunlarının isə 3 kiçik ölçülü gəmi ilə adadan uzaqlaşdığı qeyd olunub. Hazırda adanın boş olduğu bildirilir. Rusiyalı hərbçilərin adanı tərk edərkən öz texnikalarını partlatdıqları da iddia olunur.

Həmçinin sosial şəbəkələrdə İlan adasının peykdən iyunun 29-na olan görüntüsü də paylaşılıb. Bu görüntülərdən də adanın tüstü içərisində olduğunu görmək mümkündür.

***

Rusiya Müdafiə Nazirliyi qoşunlarının İlan adasından geri çəkildiyini təsdiq edib: “İyunun 30-u Rusiya Silahlı Qüvvələri xoşməramlı addım olaraq İlan adasında tapşırıqların yerinə yetirilməsini başa çatdırıb və orada yerləşən qarnizon adanı tərk edib. Bununla da, Rusiya Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının çıxarılması ilə bağlı humanitar dəhlizin təşkili üzrə BMT-nin səylərinə əngəl yaratmadığını dünya ictimaiyyətinə nümayiş etdirdi”.