Rusiya peyvəndi Qırğızıstanda da qeydiyyata alındı

Rusiya peyvəndi Qırğızıstanda da qeydiyyata alındı
Oxunma sayı: 219

Qırğızıstan Səhiyyə Nazirliyinin nəzdindəki Dərmanlar və Tibbi Cihazlar Departamenti Rusiyanın koronavirusa qarşı istehsal etdiyi “Sputnik V” peyvəndini qeydiyyata alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib. Qeyd olunub ki, qərar yaxın gələcəkdə peyvəndlənmə kampaniyasının başladılmasına imkan verəcək.

Qeyd edək ki, “Sputnik V” dünyada ilk rəsmi qeydiyyata alınan koronavirus peyvəndidir.