“Rusiya ordusunun aviazərbəsi nəticəsində 87 nəfər ölüb”

“Rusiya ordusunun aviazərbəsi nəticəsində 87 nəfər ölüb”
Oxunma sayı: 1577

“Çerniqov vilayətində Desna qəsəbəsində dağıntılar altından mayın 17-si həyata keçirilən raket zərbələrinin 87 qurbanı aşkar olunub”.

“Qafqazinfo” “Strana”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davos şəhərində Dünya İqtisadi Forumunun ilk günündə onlayn formatda çıxışı zamanı deyib.

“Bu gün biz Desnadakı işləri bitirdik. Təəssüflər olsun ki, orada dağıntılar altından 87 qurbanın cəsədi aşkar olunub”, - deyə Zelenski söyləyib.

Qeyd edək ki, Rusiya qoşunları mayın 17-si Desna qəsəbəsinə 4 raket zərbəsi endirib. Onlardan 2-si binaya düşüb.