Rusiya Luqanska tam nəzarəti ələ keçirdi

Rusiya Luqanska tam nəzarəti ələ keçirdi
Oxunma sayı: 2946

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə tam nəzarəti ələ keçirib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə müdafiə naziri, ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib. 

Müdafiə naziri bildirib ki, Lisiçansk şəhəri və bir sıra ona bitişik ərazilər üzərində tam nəzarət yaradılıb. Həmçinin Beloqorovka, Novodrujesk, Maloryazantsevo və Belaya Qora qəsəbələri də Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir. Onun sözlərinə görə, ümumilikdə, son sutka ərzində 182 kvadrat kilometr ərazini nəzarətə götürmək mümkün olub.