Rusiya istiqraz ödənişini dollar və avro ilə etdiyini açıqladı

Rusiya istiqraz ödənişini dollar və avro ilə etdiyini açıqladı
Oxunma sayı: 1345

Rusiyada vaxtı keçmiş xarici borclar üzrə istiqraz ödənişləri dollar və avro ilə həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Maliyyə Nazirliyi açıqlama yayıb.

“2026-cı il müddətinə 71,25 milyon ABŞ dolları və 2036-cı il müddətinə 26,5 milyon avro dəyərində avroistiqraz ödənişləri həyata keçirilib. Beləliklə, ixrac sənədlərində göstərilən şərtlərə uyğun olaraq müvafiq öhdəliklər yerinə yetirilib”, - açıqlamada deyilir.

Qeyd edək ki, Qərb ölkələrinin sanksiyaları səbəbindən Rusiyanın ödəməli olduğu xarici borclarını ödəməməsi ehtimalı narahatlıq doğurub. Rusiya Maliyyə Nazirliyi aprelin 29-da bəyan edib ki, avroistiqraz ödənişini dollarla ödəyə bilib.

ABŞ administrasiyasının Rusiyanın gələcəkdə ödəyəcəyi istiqraz ödənişləri ilə bağlı necə mövqe sərgiləyəcəyi hələlik bəlli deyil.