Rusiya Ermənistana nota verdi

Rusiya Ermənistana nota verdi
Oxunma sayı: 7754

Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya səfirliyinin Mətbuat xidməti məlumat yayıb.

Xəbəri rus dilində oxuyun: Россия направила Армении ноту

Bildirilib ki, nota İrəvanın “Surmalu” ticarət mərkəzindəki partlayışla bağlı Ermənistan KİV-nin Rusiyanın fərqli strukturlarını ittiham etməsinə görə verilib.

Qeyd edək ki, avqustun 14-də baş vermiş hadisə nəticəsində 16 nəfər həyatını itirib, 3 nəfər itkin düşmüş hesab olunur. Ümumilikdə 62 nəfər zərər çəkib. Baş vermiş faciə ilə əlaqədar Ermənistanda avqustun 17-18-də ikigünlük matəm elan edilib.