Rusiya Belarusda nüvə silahı yerləşdirəcək

rusiya-belarusda-nuve-silahi-yerlesdirecek
Oxunma sayı: 3289

“Lukaşenko Belarusda Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi məsələsini qaldırıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsi zamanı deyib.

 “Belarus Prezidenti Aleksandr Lukaşenko uzun müddətdir ki, Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi məsələsini gündəmə gətirir”, - deyə Putin bildirib.

Putin əlavə edib ki, Rusiya artıq Belarusa nüvə başlığı daşıya biləcək “İsgəndər” raket kompleksini təhvil verib.