Rusiya 43 Kanada vətəndaşına qarşı sanksiya tətbiq etdi

Rusiya 43 Kanada vətəndaşına qarşı sanksiya tətbiq etdi
Oxunma sayı: 736

Rusiya siyasi məmurlar da daxil olmaqla 43 Kanada vətəndaşına qarşı sanksiya tətbiq edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən yazılı açıqlamada Kanadanın Rusiya şirkətlərinin yüksək səviyyəli rəhbərləri və ailə üzvlərinə sanksiya qərarı verdiyi xatırladılıb.

Buna cavab olaraq 43 kanadalının sanksiya siyahısına salındığını və Rusiyaya girişinin “daimi” qadağan edildiyini bildirən açıqlama və sözügedən adların siyahısı dərc edilib.

Siyahıya bəzi nazirliklər və Baş nazir rəsmiləri, hakim Liberal Partiyasının nümayəndələri, habelə federal və regional rəsmilər, məktəb və universitet əməkdaşları, siyasi ekspertlər daxil edilib.

Kanada rəhbərliyinin anti-Rusiya siyasəti yürütdüyü vurğulanan açıqlamada, “Rusiya tərəfi Ottavanın düşmənçilik hərəkətlərinə qarşı tədbir görmək hüququnu özündə saxlayır” qeyd olunub.