Ronaldodan 800-cü qol

Ronaldodan 800-cü qol
Oxunma sayı: 2525

İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “Mançester Yunayted” - “Arsenal” matçı birincilərin hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı futbolçunun rəqib qapısından keçirdiyi qol, karyerası ərzində vurduğu 800-cü qol olub.

Ronaldonun dubl etdiyi qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 36 yaşlı futbolçu “Mançester Yunayted”də 129 (307 oyun), “Real”da 450 (438 oyun), “Yuventus”da (134 oyun) 101 və “Sportinq”də (31 oyun) 5 qol vurub. Bundan başqa, portuqaliyalının millidə keçirdiyi 184 oyunda 115 qolu var.