Rəşad Sadıqova xəbərdarlıq edildi

Rəşad Sadıqova xəbərdarlıq edildi
Oxunma sayı: 1720

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aparılan müzakirələrdən sonra Misli Premyer Liqasının 2-ci və 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

2-ci turun “Zirə” – “Sabah” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

2-ci turun “Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

2-ci turun “Səbail” – “Turan Tovuz” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

3-cü turun “Sabah” – “Neftçi” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. Bu oyunda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

3-cü turun “Zirə” – “Sumqayıt” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün ona xəbərdarlıq edilib.

3-cü turun “Kəpəz” – “Qəbələ” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.