“Real Madrid” onunla maraqlanır

“Real Madrid” onunla maraqlanır
Oxunma sayı: 1840

İngiltərənin “Lester Siti” futbol klubunun yarımmüdafiəçisi Uilfred Ndidi karyerasını İspaniyanın “Real Madrid”ində davam edə bilər. “Qafqazinfo” bildirir ki, bu barədə “Mundo Deportivo” xəbər verib.

O, “Renn”dən Eduardu Kamavinqanı almaq istəyən madridlilər üçün ehtiyat variantdır. Onlar Kamavinqa üçün 75 milyon avro ödəmək istəmirlər.

Ehtimal olunur ki, 23 yaşlı Ndidi Kazemiranı əvəzləyəcək.

Qeyd edək ki, U.Ndidi 2019/20 mövsümündə “Lester Siti”də 29 matç keçirib. Onun hesabında 2 qol və 1 nəticəli ötürmə var. “Transfermarkt” oyunçunun 36 milyon avro dəyərində qiymətləndirir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi