“Ramona Kuimbi”nin müəllifi vəfat etdi

“Ramona Kuimbi”nin müəllifi vəfat etdi
Oxunma sayı: 1449

Uşaq kitablarının müəllifi, məşhur personaj “Ramona Kuimbi”nin yaradıcısı Beverli Kliri 104 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “HarperCollins” nəşriyyatının tvitter səhifəsində məlumat verilib. 

Qeyd edək ki, yazıçının yüzlərlə dilə tərcümə olunmuş kitablarında həyat verdiyi “Ramona Kuimbi” və “Henri Haqqins” obrazları dünya şöhrətli olub.

B. Kliri 1981-ci ildə “Ramona və anası”na görə Milli Kitab Mükafatını və 1984-cü ildə “Hörmətli cənab Henshaw” üçün “John Newbery” medalını qazanıb.