Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın oldu

Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın oldu
Oxunma sayı: 437

Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Qafqazinfo"ya verilən məlumata görə, rayonun Şirvanlı kəndində bələdiyyəyə aid ərazidə 3 ha biçilmiş taxıl sahəsi və Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.