Quru Qoşunlarının komandanı İstanbula getdi

Quru Qoşunlarının komandanı İstanbula getdi
Oxunma sayı: 1675

Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyə Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə bu ölkəyə yola düşüb.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, general Ə.Əfəndiyev İstanbulda keçirilən “Avrasiya sülhü - 2021” təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.