Qubada yanğınla bağlı son vəziyyət - Video

Qubada yanğınla bağlı son vəziyyət
Oxunma sayı: 947

Qubanın Vəlvələ kəndində başlayan yanğın yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb.

“Qafqazinfo” xəbər verir ki, Real TV ərazidəki son vəziyyətlə bağlı canlı yayım edib.

Bildirilib ki, hazırda dağlıq ərazidə yerləşən meşə massivinin içərisində yüngül tüstülənmə müşahidə olunur. Bunun qarşısını almaq üçün həm havadan helikopterlər, həm də FHN-in canlı qüvvəsi çalışır.

Quba və Şabran rayonlarında yanğın tam lokallaşdırılıb. Yüksək dağlıq ərazidə tüstülənmə müşahidə edilir. Tam söndürülmə üçün FHN-in 700-dən artıq şəxsi heyəti, 2 helikopteri və amfibiya təyyarəsi cəlb olunub.