“Qripə qarşı peyvənd olunun” - Çağırış

qripe-qarsi-peyvend-olunun
Oxunma sayı: 2249

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qripə qarşı peyvəndləmə ilə bağlı əhaliyə müraciət edib.

“Qafqazinfo”nun məlumatına görə, T.Eyvazov deyib ki, peyvənd olunan şəxslər müəyyən qədər qrip virusundan qorunmuş hesab olunurlar.

İnfeksionist bildirib ki, onlar qripə yoluxsalar belə, xəstəliyi yüngül keçirirlər:

“İlk növbədə azyaşlıların, hamilələrin, yaşlıların qrip əleyhinə peyvənd olunması tövsiyə edilir. Eyni zamanda, insanlar xəstəlikdən qorunmaq üçün qidalanmalarına fikir verməlidirlər. Xüsusilə vitaminlərin bol olduğu qida qəbulu vacibdir”.

Gülnar Əliyeva