Qızının polis tərəfindən zorlandığını deyən qadına cinayət işi açıldı

Qızının polis tərəfindən zorlandığını deyən qadına cinayət işi açıldı
Oxunma sayı: 4971

Lənkəranda yetkinlik yaşına çatmayan qızına polis əməkdaşı tərəfindən seksual xarakterli zorakılıq əməllərinin törədildiyini iddia edən qadın barəsindəki xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran RŞPİ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektoru Orxan Şahmarovun rayonun Osaküçə kənd sakini, 1988-ci il təvəllüdlü Vüsalə Əliyeva barəsindəki Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə şikayəti əsasında hökm elan edilib.

Xəbəri rus dilində oxuyun: В Баку раскрыто жестокое убийство 18 - летней давности

Hökmə əsasən V.Əliyeva Cinayət Məcəlləsinin 148-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək ona 360 saat ictimai iş cəzası verilib. 147-ci, yəni təhqir maddəsi ilə bağlı iddia isə təmin edilməyib və bu maddə ilə V.Əliyevaya bəraət verilib.

Qeyd edək ki, V.Əliyeva mətbuatda bir neçə dəfə çıxış edərək 2004-cü il təvəllüdlü qızının O.Şahmarov tərəfindən bir neçə dəfə cinsi təcavüzə məruz qaldığını iddia edib.

Daha sonra V.Əliyevanın yetkinlik yaşına çatmayan qızı ilə cinsi əlaqədə olmuş başqa şəxs barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

O.Şahmarov isə bundan sonra Lənkərandakı vəzifəsindən azad edilərək başqa bir rayona eyni vəzifəyə göndərilib.

Nizam Rza