“Qızıl portağal” festivalının vaxtı açıqlandı

“Qızıl portağal” festivalının vaxtı açıqlandı
Oxunma sayı: 1028

Bu il Türkiyənin Antalya vilayətində təşkil olunacaq 59-cu “Qızıl portağal” beynəlxalq film festivalı oktyabrın 1-də başlayacaq.

"Qafqazinfo" xəbər verir ki, Antalya Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamaya görə, festival çərçivəsində "Edebiyat Uyarlaması Uzun Metraj Senaryo" müsabiqəsi də keçiriləcək.

Türkiyədə böyük maraqla gözlənilən müsabiqə kino və ədəbiyyatı bir araya gətirərək hər iki sahə üçün məhsuldar mühit yaratmağı hədəfləyir.

Qeyd edək ki, festival oktyabrın 8-dək davam edəcək.