Qəhvə bu xəstəliyin riskini azaldır

Qəhvə bu xəstəliyin riskini azaldır
Oxunma sayı: 2569

Tədqiqatçılar sinir sistemi xəstəliyi ilə kofein tərkibli qidaların qəbul edilməsi arasındakı əlaqəni ətraflı təhlil ediblər.

“Qafqazinfo” “Medik Forum”a istinadla xəbər verir ki, bu sahədə növbəti irəliləyiş, Parkinson xəstəliyinin inkişafına, qəhvə və kofein tərkibli məhsulların tədqiqat sahəsinə daxil olan xəstələr tərəfindən qəbul edilməsinə toxunan bir çox digər müşahidələrin məlumatlarının meta-təhlilini aparan tədqiqatçılar tərəfindən edilib.

Alimlər müəyyən ediblər ki, müntəzəm olaraq kofein qəbul edən sağlam insanlarda, sonrakı qiymətləndirmə zamanı bu xəstəliyin inkişaf riski əhəmiyyətli dərəcədə aşağı olur.