Qəhrəmanlara dəstək sərgisi təşkil olunacaq

Qəhrəmanlara dəstək sərgisi təşkil olunacaq
Oxunma sayı: 441

Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı və “YAŞAT” Fondunun tərəfdaşlığı ilə 5-11 noyabr 2021-ci il tarixlərində “Qayıdış” adlı qəhrəmanlara dəstək sərgisi təşkil olunacaq.

Sərginin məqsədi vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş, mübarizə aparmış qəhrəmanlara və onların ailələrinə dəstək olmaqdır.

Qeyd edək ki, sərgidən əldə olunan gəlirin 70% “YAŞAT” Fonduna, 30% isə rəssamlara ödəniləcək.