Qebreyesus İlham Əliyevin ÜST-lə əməkdaşlığından danışdı

Qebreyesus İlham Əliyevin ÜST-lə əməkdaşlığından danışdı
Oxunma sayı: 687

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Prezident İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib.

“Qafqazinfo” xəbər verir ki, direktor bu haqda səhiyyə naziri Teymur Musayevlə görüşü zamanı danışıb.

Baş direktor xüsusən, pandemiya dövründə ölkəmizin Təşkilata etdiyi humanitar yardımları, eyni zamanda xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları xatırladıb.

Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx təmaslarının olduğunu diqqətə çatdıraraq iyun ayında keçiriləcək Forumda iştirakını səbirsizliklə gözlədiyini bildirib. Forum çərçivəsində Tedros Adhanom Qebreyesus ilkin səhiyyə xidmətləri sahəsində Azərbaycanda görülən işlərlə yaxından tanış olmaq istəyini diqqətə çatdırıb.

Sonda tərəflər arasında Təşkilatın səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, akademik fəaliyyətin genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.