“Qəbələ” üç futbolçusu ilə müqavilə müddətini yenilədi

“Qəbələ” üç futbolçusu ilə müqavilə müddətini yenilədi
Oxunma sayı: 922

“Qəbələ” üç futbolçusu ilə müqavilə müddətini uzadıb. 

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı şimali makedoniyalı yarımmüdafiəçi İsnik Alimi, 22 yaşlı ispaniyalı qapıçı Kristof Atanqana və 23 yaşlı toqolu hücumçu Yaovi Akakpo ilə yeni anlaşma imzalanıb. Bu müqavilələr daha bir il müddətinə nəzərdə tutulub. 

Əvvəlki anlaşmaları 2021-2022-ci illər mövsümünün sonunda başa çatan legionerlər növbəti mövsümdə də “qırmızı-qara” formanı geyinəcək. Hər üç oyunçunun yeni anlaşması 2023-cü ilin iyununda başa çatacaq.

Xatırladaq ki, “Qəbələ”nin heyətində Alimi 32 (10 qol), Akakpo 6 (2 qol), Atanqana 5 oyun keçirib.