“Qəbələ” Niderland klubuna qarşı

“Qəbələ” Niderland klubuna qarşı
Oxunma sayı: 729

UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ” bu gün turnirin I mərhələsinin cavab oyunu çərçivəsində Niderlandın “Alkmar” komandası ilə qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, AZ Təlim-Məşq mərkəzində Bakı vaxtı ilə saat 19:00-da təşkil olunacaq oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

UEFA Gənclər Liqası
Cavab oyunu

19:00. AZ (Niderland) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Dario Bel (Xorvatiya)
Alkmar, "AZ Təlim-Məşq Mərkəzi”.