“Qəbələ” Boluda yoxlama oyununda məğlub oldu

“Qəbələ” Boluda yoxlama oyununda məğlub oldu
Oxunma sayı: 864

2022-2023-cü il mövsümünün hazırlığını davam etdirən “Qəbələ” futbol klubu bu gün ilk yoxlama oyununu keçirib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli “Qaziantep” klubu ilə qarşılaşıb.

Görüşdə Superliqa təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. “Qəbələ"nin yeganə qolunu 70-ci dəqiqədə Ülvi İsgəndərli vurub. Rəqibdən isə Papi Ciloboci və Aleksandru Maksim fərqləniblər.

Xatırladaq ki, “Qəbələ” iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.