Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdı

Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdı
Oxunma sayı: 3611

Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, qadağaya səbəb yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi meyvə qırışı virusunun aşkarlanmasıdır.

İdxala qadağa yanvarın 16-dan qoyulub.