Qaxda minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var

qaxda-minik-avtomobilleri-toqqusdu
Oxunma sayı: 948

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qaxbaş kəndi ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində Qax şəhər sakinləri 1999-cu il təvəllüdlü Mirzəyev Vepxviya Çingiz oğlu və 1981-ci il təvəllüdlü Qulaşvili Mamuka Şota oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov