Qardaşının evindən qızıl oğurladı

Qardaşının evindən qızıl oğurladı
Oxunma sayı: 1753

Sumqayıt şəhərində qardaşının evindən qızıl oğurlayan şəxs tutulub.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, noyabrın 25-də şəhər ərazisindəki evlərin birindən 1250 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən ev sahibinin qardaşı, əvvəllər məhkum olunmuş Ş.Həsənli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.