“Qarabağ”ın oyunu təxirə salındı

“Qarabağ”ın oyunu təxirə salındı
Oxunma sayı: 5729

“Qarabağ”ın səfərdə “Turan Tovuz”a qarşı keçirməli olduğu Azərbaycan Premyer Liqasının III turunun matçı təxirə salınıb.

“Qafqazinfo” Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, “Qarabağ”ın müraciəti, “Turan Tovuz”un razılıq məktubuna əsasən, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL 3-cü turun - “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasının təxirə salınması qərarını qəbul edib.

Oyunun vaxtı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” matçı saat 20:45-də başlayacaq.