“Qarabağ”ın Macarıstana səfər planı açıqlandı

“Qarabağ”ın Macarıstana səfər planı açıqlandı
Oxunma sayı: 2806

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Ferentsvaroş" ilə qarşılaşacaq "Qarabağ" FK sabah - avqustun 8-i Macarıstana yollanacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda deyilir:

"Komandamızı Budapeşt şəhərinə aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Sabah saat 18:40-da (Bakı vaxtı ilə 20:40) komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi "Ferentsvaroş" stadionunda komandamızın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq".

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 9-da Bakı vaxtı ilə 22:00-da baş tutacaq. İlk matç 1:1 hesabı ilə yekunlaşıb.