“Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”

“Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”
Oxunma sayı: 860

"Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir".

"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxışı zamanı bildirib.

Kəlbəcərə ikinci dəfə gəldiyini diqqətə çatdıran dövlət başçısı deyib:

“Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi - artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”.

Azərbaycan Prezidenti qeyd edib ki, artıq bu proses başlayıb və ilk növbədə Qarabağda və Şərqi Zəngəzurda hərbi gücümüz daim möhkəm olmalıdır, ona görə bugünkü mərasim xüsusi məna, rəmzi məna daşıyır.