“Qarabağ”a görə üzr istədi - Foto

qarabaga-gore-uzr-istedi
Oxunma sayı: 4144

Türkiyəli idman jurnalisti, “Sabah” qəzetinin köşə yazarı Gürcan Bilgiç “Qarabağ”ı Ermənistan komandası kimi təqdim etdiyi üçün üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə İntaqramda paylaşımlarından birinə şərh yazıb:

“Sevgili qardaşlarım, əsəbinizi anlayıram. Canınız sağ olsun. Gecə saat 01:30-da yorğunluq var idi. Qarabağ – Qaradağ (Monteneqro) deyərkən qarışdırdım. Buna görə üzr istəyirəm. Haqqınızı halal edin”.