“Qarabağ Zəfəri ilə türk dünyasının özünə olan güvəni daha da artdı”

“Qarabağ Zəfəri ilə türk dünyasının özünə olan güvəni daha da artdı”
Oxunma sayı: 422

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi ilə əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəldir. Müttəfiqlik sadəcə könüldə olmaz, bunu gerçəkləşdirən amillər var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Səfirlərin 13-cü Konfransının açılışında deyib.

 “Bu birliyə vəsilə olan ən vacib səbəb Can Azərbaycanın işğal altındakı torpaqlarını işğaldan azad edilməsi, yəni, Qarabağ Zəfəri oldu. Qarabağ Zəfəri ilə türk dünyasının özünə olan güvəni daha da artdı və bu bəyannamədən sonra İstanbuldakı Zirvə ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adını Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirdik. Bundan sonra təşkilata rəhbərlik Azərbaycandan Türkiyəyə keçdi.

Azərbaycanın da məlum pandemiyanın çətinliklərinə və Vətən müharibəsindən irəli gələn son dərəcə ağır şərtlərə baxmayaraq təşkilatımıza uğurla sədrlik etdi. İkitərəfli əməkdaşlıqlarımızla yanaşı bölgənin sülh və sabitliyi üçün də işləyirik, fikirlər irəli sürürük. Məlum olduğu kimi, üçlü-dördü formatlarda mexanizmalarımız var. Bunlar Türkiyə ilə Azərbaycanın mərkəzdə olduğu mexanizmalardır”.