“Qarabağ”-“Viktoriya” matçının biletləri satışa çıxarılır

“Qarabağ”-“Viktoriya” matçının biletləri satışa çıxarılır
Oxunma sayı: 5085

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Viktoriya” (Çex Respublikası) oyununun biletləri sabah - avqustun 14-ü saat 11:00-dan satışa çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-22:00).