“Qarabağ” Vətənə qayıtdı

“Qarabağ” Vətənə qayıtdı
Oxunma sayı: 4542

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş”a 3:1 hesabı ilə qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu gün Bakıya qayıdan komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, dünən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) komandaları arasında cavab oyunu keçirildi.  “Qarabağ” 3:1 hesabı ilə qələbə qazanaraq Çempionlar Liqasının pley-off-una yüksəlib.