“Qarabağ” futbol klubunun səhmləri - Satışa çıxarıldı

“Qarabağ” futbol klubunun səhmləri
Oxunma sayı: 4190

Azərbaycanın ən populyar futbol klubu olan “Qarabağ” futbol klubunun səhmləri satışa çıxarılıb.

“Qafqazinfo” FED.az-a istinadən xəbər verir ki,  söhbət “Qarabağ Futbol Klubu” MMC-nin təsisçi payından gedir.

Təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil Nadirovun vəfatından sonra ona məxsus olan “Qarabağ Futbol Klubu” MMC-dəki 4851,88 miqdarında təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib.

Qeyd olunan paylar hal-hazırda açıq satışa çıxarılmaqla, 300 000 manat qiymətinə təklif olunur.