“Qarabağ” Fransa, Almaniya və Yunanıstan klublarına qarşı - Yenilənib

qarabag-fransa-almaniya-ve-yunanistan-klublarina-qarsi
Oxunma sayı: 9540

UEFA Avropa Liqasında qrup mərhələsininin püşkatması keçirilir.

“Qafqazinfo” xəbər verir ki, turnirdə Azərbaycanın yeganə təmsilçisi “Qarabağ”da iştirak edir.

Qurban Qurbanovun komandası da rəqiblərini tanıyır.

Ağdamlıların ilk rəqibi bəlli olub. Ağdam klubu birinci səbətdən “Olimpiakos”la qarşılaşıb.

***

Ağdam klubunun ikinci rəqibi bəlli olub. Onlar Almaniyanın “Frayburq” klubu ilə qarşılaşacaq.  

***

“Qarabağ”ın 3-cü rəqibi də bilinib. Qurban Qurbanovun komandası Fransanın “Nant” klubu ilə üz-üzə gələcək.