“Qarabağ” bizdən yaxşı idi” - “Ferentsvaroş”un kapitanı

“Qarabağ” bizdən yaxşı idi”
Oxunma sayı: 1803

“Ferentsvaroş”un futbolçusu Dibus Deneş Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan sonra fikirlərini bildirib. 

“Qafqazinfo” xəbər verir ki, macarıstanlı qapıçı 1:3 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib: “Nəticəni dəyişmək olmur. Əsəbi olsaq da, əlimizdən bir şey gəlmir. İlk hissədə qol imkanlarımız oldu. Hesabı bərabərləşdirmək vacib idi, ancaq qol vura bilmədik. Qol vura bilsəydik, oyunun mənzərəsi başqa olardı. Hər iki hissəyə pis başladıq. “Qarabağ” daha yaxşı idi və mərhələ adladı. Bu oyun göstərdi ki, hələ Çempionlar Liqasında oynamağa hazır deyilik”.