“Qarabağ” bir gündə iki matça çıxacaq

“Qarabağ” bir gündə iki matça çıxacaq
Oxunma sayı: 1482

Bu gün Qarabağ Antalyadakı təlim-məşq toplanışları çərçivəsində iki matçda qüvvəsini sınayacaq.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv ilk olaraq “Baçka Topola” (Serbiya) ilə üz-üzə gələcək. Əsas komandanın meydana çıxacağı matç Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

“Qarabağ” günün ikinci yarısında “Slyonsk”u (Polşa) sınağa çəkəcək. Klubun ikinci heyətinin meydana çıxacağı görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. 

“Baçka Topola” Serbiyanın əsas çempionatında 26 xalla 10-cu, “Slyonsk” isə Polşa liqasında 24 xalla 10-cudur. 

Qeyd edək ki, “Qarabağ” ilk matçında Rumıniyanın “Qaz Metan” komandası ilə qolsuz heç-heçə edib.