Qanunsuz ov edən daha 2 nəfər cəzalandırıldı

Qanunsuz ov edən daha 2 nəfər cəzalandırıldı
Oxunma sayı: 788

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında və Yuxarı Qarabağ kanalında qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, araşdırma zamanı brakonyerlərin Zərdab rayon sakini Fuad Məmmədov, Gədəbəy rayon sakini Dəyanət Cəfərov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb: “Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədov onu da qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi rayonunun Şənlik kəndi ərazisindən keçən kollektordan 80 metr uzunluğunda sintetik tor yığışdırılıb.