Qalmaqal yaradan “Krım Rusiyanındır” açıqlamasına görə istefa verdi

Qalmaqal yaradan “Krım Rusiyanındır” açıqlamasına görə istefa verdi
Oxunma sayı: 6572

Vitse-admiral Kay-Axim Şönbax Almaniyanın Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifəsindən istefa verməyi qərara alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Bildirilib ki, AFR-in Müdafiə Nazirliyi Şönbaxın səsləndirdiyi “Krım heç vaxt Ukraynanın tərkibinə qayıtmayacaq” bəyanatı ilə razı olmadığını bildirib.

Müdafiə Nazirliyinin nümayəndəsi deyib:

“Bu fikirlər öz məzmununa görə Nazirliyin mövqeyinə əsla uyğun deyil”.

Bundan sonra vitse-admiralın istefa verməsini elan etməkdən başqa çarəsi qalmayıb. Kay-Axim Şönbax öz karyerasına son qoymuş müsahibəni Hindistana səfəri zamanı verib. O, hindistanlı həmkarları qarşısında çıxışında deyib:

“Putinə anlayış göstərilməlidir. Krım yarımadası itirilib, o heç vaxt qayıtmayacaq”.

Az sonra məlum olub ki, Almaniya səfiri bu məsələyə dair izahat vermək üçün Ukraynanın Xarici İşlər Nazirliyinə çağırılıb.