“Qalatasaray”dan şəhid Fərid Dursunovla bağlı paylaşım - Foto

“Qalatasaray”dan şəhid Fərid Dursunovla bağlı paylaşım
Oxunma sayı: 2068

“Qalatasaray” klubu Qarabağın azadlığı uğrunda şəhid olan Fərid Dursunovla bağlı öz rəsmi feysbuk hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda şəhidin “əgər şəhid olsam, məzarımın üzərində Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray” bayrağı da dalğalansın” sözləri yer alıb. 

“Qalatasaray” klubu həmçinin Qarabağ uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib. 

Son olaraq paylaşımda “Qalatasaray”lılıq ölməz” sözləri yer alıb.