Qafqaz İslam Ordusuna ucaldılan abidənin açılışı oldu - Fotolar

Qafqaz İslam Ordusuna ucaldılan abidənin açılışı oldu
Oxunma sayı: 1736

Gəncədə Qafqaz İslam Ordusunun şəhidləri üçün ucaldılmış abidənin açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında paylaşım edib.

“Qafqaz İslam Ordusunun qərargahı olan Gəncədə Şah Abbas Cümə məscidinin qapısı önündə Şəhidlər Abidəsinin açılışını edərək, bayraqlarımızı qaldırdıq. Şəhidlərin övladlarına velosiped hədiyyə etdik. Yaşasın Türkiyə-Azərbaycan dövlətləri və qardaşlığı”, - səfir qeyd edib.