Qadın güləşçimiz İslamiadanın qalibi oldu - Yenilənib

Qadın güləşçimiz İslamiadanın qalibi oldu
Oxunma sayı: 1711

Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, Leyla Qurbanova (53kq) finalda özbəkistanlı Aktenqe Keunimjayevaya 6:1 hesabıyla qalib gələrək İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

İslam Bazarqanov (61 kq) isə özbəkistanlı Cahangirmirzə Turabovla final görüşündə xalların keyfiyyətinə görə (6:6) məğlub olaraq İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.

***

Əsgər Məmmədəliyev tacikistanlı Cəmşid Şərifova 3:0 hesabıyla qalib gələrək İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazandı.

***

Tatyana Omelçenko indoneziyalı Herlina Xarişma Tantriyə 11:0 hesabıyla qalib gələrək İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazandı.

***

Hacımurad Ömərov Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş üzrə bürünc medal qazanıb. H.Ömərov Qazaxıstan idmançısı Mexir Koşkinbayevi 10:4 hesabı ilə məğlub edib.

***

Azərbaycanın qadın güləşçisi Gözəl Zutova V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb. İdmançımız finalda türkiyəli Buse Çavuşoğluya “tuşe” ilə məğlub olub və İslamiadanın gümüş medalını qazanıb.