Putin Rusiya ordusundakı əsgərlərin sayını artırır

Putin Rusiya ordusundakı əsgərlərin sayını artırır
Oxunma sayı: 1545

Rusiya Prezidenti Vladimir Putin gələn ilin əvvəlinə qədər Rusiya ordusundakı əsgərlərin sayının 137 min nəfər artırılması haqqında qərar imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, “Russia Legal Information” internet portalında dərc olunan qərara görə, Putin Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyətinin 1 milyon 150 min 628-i əsgər olmaqla 2 milyon 39 min 758 nəfər olmasını əmr edib.

Yeni qərara əsasən, 2023-cü ilin əvvəlinə qədər Rusiya ordusundakı əsgərlərin sayı 137 min nəfər artacaq.

17 noyabr 2017-ci il tarixli əvvəlki qərara əsasən, 2018-ci ilin əvvəlinə qədər Rusiya Silahlı Qüvvələrində 1 milyon 13 min 628-i əsgər olmaqla ümumilikdə 1 milyon 902 min 758 şəxsi heyətin formalaşdırılması əmri verilmişdi.