Prokurorluq qəbələli qazinin intiharını araşdırır

Prokurorluq qəbələli qazinin intiharını araşdırır
Oxunma sayı: 3221

Qəbələ rayonunun Əmirvan kənd sakini 1998-ci il təvəllüdlü İlkin Elçin oğlu İsmayılov özünü yaşadığı evin həyətindəki yarımtikilidə asıb.

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, İlkin İsmayılov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.