Prezident nazir müavinini işdən azad etdi

prezident-nazir-muavinini-isden-azad-etdi
Oxunma sayı: 16850

İqtisadiyyat nazirinin müavini tutduğu vəzifədən azad edilib.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov işdən çıxarılıb.

Qeyd edək ki, N. Səfərov 2006-cı ildən iqtisadi inkişaf nazirinin müavini, 2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin müavini, daha sonra isə iqtisadiyyat nazirinin müavini işləyib.