Prezident Məşhur Məmmədovla bağlı sərəncam imzaladı

prezident-meshur-memmedovla-bagli-serencam-imzaladi
Oxunma sayı: 7731

Azərbaycan Prezidenti İlham Əliyev millət vəkili Məşhur Məmmədov haqqında sərəncam imzalayıb. 

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Məşhur Şahbaz oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, Milli Məclisin deputatı M.Məmmədovun sabah 60 yaşı tamam olacaq.