Prezident BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış etdi - Video

Prezident BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış etdi
Oxunma sayı: 1723

Xəbər verdiyimiz kimi, sentyabrın 14-də BMT Baş Assambleyasının (BA) növbəti, 76-cı sessiyası öz işinə başlayıb.

"Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev sessiyada videomüraciət formatında çıxış edib.

Dövlət başçısının çıxışı Birləşmiş Millətlər Təşkilatının yutub kanalı vasitəsi ilə yayımlanıb.

Qeyd edək ki, BMT BA-nın builki ümumi müzakirələri ölkəmiz üçün xüsusi önəm kəsb edir. Belə ki, Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsindən sonra Prezident İlham Əliyev dünya ictimaiyyətinə Müzəffər Ali Baş Komandan kimi müraciət edərək, qalib Azərbaycan xalqını təmsil edib.